Qayınanasını eyvandan tulladı
09 iyul 2024 15:13 (UTC +04:00)

Qayınanasını eyvandan tulladı

Primorsk diyarının Artyom şəhərində yerli sakin nəzarətə götürülüb.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, rayon prokurorluğundan bildirilib ki, 54 yaşlı kişi qayınanasını qətlə yetirməkdə şübhəli bilinir.

Məlumata görə, o, cinayəti zərərçəkmişin evində olarkən törədib. Şübhəli oğlunun öz nənəsinə baxmasını istəməyib. Qadın 1940-cı ildə anadan olub, hərəkət qabiliyyəti məhdud olub və qayğıya ehtiyacı var imiş.

5-ci mərtəbədən atılan qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi “Qətl” ilə cinayət işi başlanıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3324
avatar

Oxşar yazılar