Polis daha bir narkotik alverçisini saxladı - FOTO
02 oktyabr 2021 10:44 (UTC +04:00)

Polis daha bir narkotik alverçisini saxladı - FOTO

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayonun Noxudlu kənd sakin Dilavər Rəhimov saxlanılıb.

Noxudlu kənd sakin Dilavər Rəhimov

Onun yaşadığı ünvana keçirilən baxış zamanı isə təmiz çəkisi 400 qram olan marixuana və xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 3 ədəd çətənə bitkisi aşkar edilib.

Faktla bağlı D.Rəhimov barəsində Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

# 2172
avatar

Oxşar yazılar