Məhkəmə Hafiz Babalı ilə bağlı QƏRAR VERDİ
09 iyul 2024 17:25 (UTC +04:00)

Məhkəmə Hafiz Babalı ilə bağlı QƏRAR VERDİ

“Abzas media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən jurnalist Hafiz Babalı barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Lent.az xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, Hafiz Babalının həbs müddəti 2 ay 7 gün uzadılıb.

Qeyd edək ki, “Abzas media” işi üzrə aparılıan istintaq üzrə saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda, direktor müavini Məhəmməd Kekalov və digər əməkdaşları - Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1797
avatar

Oxşar yazılar