Sankt-Peterburqda 42 yaşlı yerli sakin Pavel Kukulyak keçmiş arvadının yeni ərinə balta ilə hücum etdiyi üçün iki ay müddətinə həbs edilib.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə şəhər prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
O, adam öldürməyə cəhddə ittiham olunur.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, Kukulyak Planernaya küçəsindəki mağazada kişiyə hücum edib. O, həmin şəxsin başına balta ilə azı beş zərbə endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Nəticədə zərərçəkmişə açıq kəllə-beyin travması, sınıqlar, kəllə və çənənin zədələnməsi diaqnozu qoyulub.