Həbsdəki vəkil məhkəmə zalından azad edildi
08 iyul 2024 11:21 (UTC +04:00)

Həbsdəki vəkil məhkəmə zalından azad edildi

Bakıdakı 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri, həbsdə olan vəkil Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərin müdafiəçisi Əbil Həsənov çıxış edib.

Müdafiəçi bildirib ki, Sümbülə Əliyevaya əsassız şəkildə təqsirləndirilib: “Onun əməllərində cinayət tərkibi yoxdur. Bəraət almasını istəyirik”.

Sümbülə Əliyeva son söz deyərək, məhkəmədən bəraət istəyib.

Məhkəmə müşavirədən sonra hökm elan edib.

Hökmə əsasən Sünbülə Əliyeva məhkəmə zalından azad edilib.

İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. O, Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə ittiham edilir. Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Sümbülə Əliyeva bir çox tanınmış şəxsin vəkili olub. Onun cinayət işi üzrə məhkəmədən yayınması əsas gətirilərək barəsində həbs qətimkan tədbiri seçilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3228
avatar

Oxşar yazılar