Göygöldə bədbəxt hadisə baş verib.
Lent.az-ın xəbərinə görə, hadisə Göygöl şəhərində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü G.Xancığazova 5 mərtəbəli binanın 2-ci mərtəbəsindən yerə yıxılıb. Ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, G.Xancığazova yaşadığı evinin eyvanında pərdə asan zaman ehtiyatsızlıqdan yıxılıb.
Fuad Nazimoğlu