Gəncədə evdən meyit tapılıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən evlərdən birində qeydə alınıb. 16 yaşlı N.Səfərovun yaşadığı evdən meyiti aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Məlumata görə N.Səfərov 9-cu sinif şagirdi olub.
Hazırda araşdırma aparılır.