Gəncədə qudalar arasında  dava bıçaqlanma ilə nəticələndi
03 may 2025 23:00 (UTC +04:00)

Gəncədə qudalar arasında dava bıçaqlanma ilə nəticələndi

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

1977-ci il təvəllüdlü A.Yusifov əl nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata əsasən, onun vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin məlumata görə, A.Yusifov ailə münaqişəsi zəminində qudası ilə mübahisə edərkən bıçaq xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1980

Oxşar yazılar