Gəncədə avtomobil evlə birlikdə  yandı
15 aprel 2024 01:51 (UTC +04:00)

Gəncədə avtomobil evlə birlikdə yandı

Gəncədə yanğın hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, sözügedən qəsəbədə yerləşən ümumi sahəsi 163 kv/m olan evin 68 kv/metri və həyətdə olan "VAZ" markalı avtomobil yanıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Evin qalan hissəsi yanğından mühafizə edilib.

 

# 1875
avatar

Oxşar yazılar