Bakının Nərimanov rayonunda hündürmərtəbəli binada baş verən yanğın zamanı 24-ü uşaq olmaqla 60 nəfər təxliyə olunub.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə FHN-nin nümayəndəsi İlqar Nəsibov məlumat verib.
“Yanğın tam söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb”, - FHN rəsmisi qeyd edib.