Şəkidə koronavirus xəstəsi müalicə aldığı müəssisəni tərk edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Şəki şəhər Polis Şöbəsinə koronavirus xəstələri üçün nəzərdə tutulmuş səhiyyə müəssisəsində müalicə alan Oruc Musayevin nəzarətdən yayınaraq oranı tərk etməsi barədə məlumat daxil olub.
Keçirilən tədbirlərlə aktiv COVID-19 xəstəsi olan həmin şəxsin sağalmadan, qanunsuz olaraq xəstəxananı tərk etməsi və taksi ilə Zaqatalada yaşadığı ünvana gəlməsi müəyyən edilib.
Digərlərinin də sağlamlığına təhlükə yaradan O.Musayev barəsində Şəki şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.
Xəstəxanadan qaçan COVID xəstəsi