13-14 yanvar tarixlərində ölkə ərazisində qeydə alınan 114, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 44, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 70, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 45 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 103 nəfər saxlanılıb.