Sumqayıt məktəbində 1 tualet var   - Qız valideynlərindən NARAZILIQ
25 sentyabr 2026 12:37 (UTC +04:00)

Sumqayıt məktəbində 1 tualet var - Qız valideynlərindən NARAZILIQ

0

Sumqayıt şəhər 14 saylı tam orta məktəbdə ayaqyolu problemi valideynlərin narazılığına səbəb olub.

Lent.az xəbər verir ki, valideynlərin sözlərinə görə, məktəbdə şagirdlərin istifadəsi üçün cəmi bir ayaqyolu fəaliyyət göstərir. 

Mövcud vəziyyət xüsusilə qız şagirdlər üçün ciddi çətinlik yaradır.
Bir neçə valideyn qeyd edib ki, problemin həll olunmaması səbəbindən qız övladlarını dərsə göndərməmək barədə qərar veriblər.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanlamışıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar