3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətdən Lent.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş İbiş Əliağa oğlu İbişli ilə qısamüddətli görüşə gəlmiş qohumu Sumqayıt şəhər sakini Şamil Elxan oğlu Qəhrəmanovun əşyalarına və üzərinə baxış keçirilib. Bu zaman cibində gizlətdiyi kağız bükülüdə ümumi çəkisi 0,058 qram olan narkotik maddə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.