Əfv sərəncamının icrası başa çatıb.
Lent.az xəbər verir ki, sərəncam Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində icra olunub.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Əfv olunanlar arasında Azərbaycanda cəza çəkən 5 əcnəbi də var.
***
14:11
Prezident İlham Əliyevin bu gün imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncamın icrasına başlanılıb.
Lent.az xəbər verir ki, sərəncam Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində icra olunur.
Sərəncamın icrasının bu gün başa çatacağı gözlənilir.