Rusiyadan gətirilən minlərlə bioloji həb məhv edildi
14 oktyabr 2026 16:16 (UTC +04:00)

Rusiyadan gətirilən minlərlə bioloji həb məhv edildi

0

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbirləri çərçivəsində “Nord Star Pharma” MMC tərəfindən Rusiyadan idxal olunan “Biokor” istehsal müəssisəsinə məxsus “Qlisin Вiоkоr” əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (istehsal və son istifadə tarixi: 15.06.2026-15.06.2029) nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

AQTA-dan Lent.az-a bildirilib ki, sınaq nəticələrinə əsasən, bəyan olunmuş tərkibdə uyğunsuzluq aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib, ümumi çəkisi 216 kq olan 10 000 qutu məhsul partiyası məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar