Şri-Lankada vəhşi fil təsadüfən qətldə şübhəli bilinən şəxsin saxlanılmasına kömək edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə kokos sənayesinin inkişafı idarəsinin 45 yaşlı qadın əməkdaşının öldürülməsindən sonra baş verib.
Polisin məlumatına görə, kişi yaşayış evində qadına iti alətlə hücum edərək onu öldürüb. Daha sonra motosikletlə hadisə yerindən qaçmağa çalışan şübhəli yolda vəhşi fillə toqquşub.
Toqquşma nəticəsində xəsarət alan kişi xəstəxanaya yerləşdirilib. Polis əməkdaşları onu xəstəxanada saxlayıblar.
Məlumata görə, hadisə zamanı fil xəsarət almayıb.