Samuxda evdən kişi meyiti tapılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Rayon sakini 1987-ci il təvəllüdlü X.Abdullayevin yaşadığı evdən meyiti aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Hələlik ölümün səbəbləri məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.