Bakıda yaşayış binasının lifti qırıldı, xəsarət alanlar var    -  VİDEO   - YENİLƏNİB
14 iyun 2024 00:24 (UTC +04:00)

Bakıda yaşayış binasının lifti qırıldı, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Xətai rayonunda çoxmərtəbəli binada liftin qırılması nəticəsində xəsarət alan şəxslərin vəziyyəti məlum olub.

Lent.az xəbər verir ki, xəstəxanaya yerləşdirilən 7 nəfərdən 6-sı ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Yalnız onlardan biri 34 yaşlı Cəfərova Xatirə Ədalət qızının hər iki ayağının sınığı olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

***

00:12

Bakıda çoxmərtəbəli yaşayış binasında lift qırılıb, xəsarət alanlar var.

Lent.az xəbər verir ki, hadisə Xətai rayonu, Xudu Məmmədov küçəsində baş verib. Liftin qırılması nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onlardan ikisi uşaqdır.

Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən hündürmərtəbəli binada liftin qırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112-i qaynar xəttinə məlumat daxil olub. Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal hadisə yerinə nazirliyinin xilasediciləri cəlb olunub: "Nazirliyinin xilasediciləri hadisə yerinə çatanadək məlumatla xilasedicilərə ehtiyac olmadığı bildirilib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5625
avatar

Oxşar yazılar