Nigar Fərhad
07 sentyabr 2026 16:06 (UTC +04:00)

Nigar Fərhad

Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR

0

“AİD Group” adı ilə xaricdə təhsil xidmətləri göstərən Nigar Fərhad zərərçəkənlərə dəymiş ziyanı ödəməyə başlayıb.

Bu barədə Lent.az-a şikayətçilərdən biri məlumat verib.

O bildirib ki, bu günə kimi ümumilikdə 13 nəfərə dəymiş ziyan ödənilib:

"Bizi istintaqa çağırdılar, izahat aldılar və bildirdilər ki, bir ay ərzində dəymiş ziyan bütünlükdə ödəniləcək. Dedikləri kimi də oldu, itirdiyimiz məbləği tam halda qaytardılar".

Qeyd edək ki, istintaq orqanı Nigar Fərhada vətəndaşlara dəymiş ziyanın ödənilməsi barədə tapşırıq vermişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar