Nigar Fərhad polisin nəzarəti altına verildi - YENİLƏNİB
28 avqust 2026 14:21 (UTC +04:00)

Nigar Fərhad polisin nəzarəti altına verildi - YENİLƏNİB

0

Ötən gün polis tərəfindən saxlanılan Nigar Fərhad sərbəst buraxılıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, prokurorluq onun həbsinə sanksiya verməyib və o, polisin nəzarəti altına verilməklə sərbəst buraxılıb.

Lakin onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. 

O, hazırda istintaqın nəzarəti altındadır. 

İstintaq orqanı Nigar Fərhada vətəndaşlara dəymiş ziyanın ödənilməsi barədə tapşırıq verib.

***

27 avqust, saat 09:20

“AİD Group” adı ilə xaricdə təhsil xidmətləri göstərən Nigar Fərhad saxlanılıb.

Lent.az xəbər verir ki, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə başlanmış cinayət işində təqsirləndirilir.

Gün ərzində barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat göndərilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3158

Oxşar yazılar