Bakıda qonşular arasında dava düşdü, ata və oğul BIÇAQLANDI
03 iyul 2024 03:04 (UTC +04:00)

Bakıda qonşular arasında dava düşdü, ata və oğul BIÇAQLANDI

Bakının Xəzər rayonunda 1995-ci il təvəllüdlü Cahangirov Amil Hikmət oğlu və 1970-ci il təvəllüdlü Cahangirov Hikmət Əlihüseyn oğlu dava zamanı bıçaqlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə Atçılıq yaşayış massivində qeydə alınıb.

Xəstəxanaya yerləşdirilən 29 yaşlı A.Cahangirova 8 bıçaq zərbəsi vurulub.

Əldə edilən məlumata görə, onları qonşuluqda yaşayan şəxs dava zamanı bıçaqlayıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3033
avatar

Oxşar yazılar