Bakıda avtomobili "moyka"dan oğurladılar
21 fevral 2024 13:24 (UTC +04:00)

Bakıda avtomobili "moyka"dan oğurladılar

Bakıda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, fevralın 20-də saat 17 radələrində Hövsan qəsəbəsi bağlar sahəsində yerləşən avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Nicat Həsənov və Həşimağa Həşimov avtomobillə saxlanılıblar.  

Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3123
avatar

Oxşar yazılar