2024-cü ilin birinci yarısında Moskvada xarici vətəndaşlar tərəfindən yetkinlik yaşına çatmayanlara qarşı 103 cinayət törədilib. Bu, 2023-cü ilin birinci yarısı ilə müqayisədə 87,3 faiz çoxdur.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 54 nəfərə qarşı 93 cinayət işi başlanıb, onlardan 24-ü əmək miqrantıdır. Ən çox uşaq və yeniyetmələrə qarşı cinayətlər Özbəkistan (21), Tacikistan (17), Azərbaycan (7), Qırğızıstan (5), Moldova (2) vətəndaşları tərəfindən törədilib. Ukrayna, Belarus, Vyetnam, Fransa və Kuba vətəndaşlarının hər biri bir cinayət törədib.
Yetkinlik yaşına çatmayanlara qarşı cinayətlər üzrə cinayət işlərinin əksəriyyəti Cinayət Məcəlləsinin 132-ci – “Seksual xarakterli zorakılıq hərəkətləri” ilə başlanıb.
24 belə cinayətdən 8-i Tacikistan və Özbəkistan, 3-ü isə Qırğızıstan vətəndaşları tərəfindən törədilib. Daha 15 iş üzrə “Nalayiq hərəkətlər” maddəsi ilə cinayət işi başlanıb. Belə cinayətlərin 9-u Özbəkistan, 4-ü Tacikistan vətəndaşları tərəfindən törədilib.