Azərbaycanda ŞOK DƏLƏDUZLUQ:  biznes adı ilə 400 min manatı  ələ keçirdi
25 may 2024 11:18 (UTC +04:00)

Azərbaycanda ŞOK DƏLƏDUZLUQ: biznes adı ilə 400 min manatı ələ keçirdi

Lənkəran sakininə qarşı külli miqdarda dələduzluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Lənkəran sakini olan bir nəfər Nihad Rəhimli adlı şəxsin Birləşmiş Ərəb Əmirliklərindən fotoaparatlar gətirib burada satmaq adı ilə onun 355 min manat pulunu ələ keçirməsi barədə Şəhər Rayon Polis Şöbəsinə məlumat verib.

Araşdırma zamanı N.Rəhimlinin iş qurmaq adı ilə şirnikləndirici vədlər verərək digər bir Lənkəran sakininə qarşı dələduzluq etdiyi də müəyyən edilib. O, Dubayda otel biznesinə yatırım etmək adı ilə zərərçəkənin 40 min manat pulunu ələ keçirib.

N.Rəhimli istintaqdan yayınmaq məqsədilə bir müddət müxtəlif ünvanlarda gizlənsə də, Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda həmin şəxsin digər analoji əməllərinin olub-olmadığı araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3570
avatar

Oxşar yazılar