Oğurlanan ət
15 aprel 2022 13:46 (UTC +04:00)

Oğurlanan ət

Azərbaycanda kombinatdan 80 tondan çox ət oğurlandı - VİDEO

Abşeron rayonunda yerləşən ət kombinatlarının birindən 80 tondan artıq ət oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, naməlum şəxslər müxtəlif vaxtlarda müəssisəyə məxsus anbarlardan 80 tondan artıq ət oğurlayaraq şirkətə külli miqdarda ziyan vurublar. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.

Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində həmin oğurluqları törədən Məhəmməd Yaşarlı, onun başçılıq etdiyi dəstənin üzvləri Hacı Məmmədov, Nicat Ələsgərov, Seyran Sarıyev, Sərxan Süleymanzadə, Orxan İbrahimov və Cəlal Babayev saxlanılıblar. Araşdırma zamanı Məhəmməd Yaşarlının bir müddət əvvəl həmin müəssisədə anbardar işlədiyi və oğurluq etdiyi üçün oradan uzaqlaşdırıldığı məlum olub.

Məhəmməd Yaşarlı işdən çıxarılandan sonra orada çalışan tanışları Nicat Ələsgərov, Seyran Sarıyev, Cəlal Babayev və Hacı Məmmədovun köməkliyi ilə yenidən ət kombinatından oğurluğu təşkil edib. Bu qanunsuz əməldə Məhəmməd Yaşarlıya kömək edən adı sadalananlar oğurluq ət satılandan sonra əldə edilən puldan öz paylarını alıblar.

Məhəmməd Yaşarlı kombinatdan oğurladığı ət məhsullarını isə tanışları Sərxan Süleymanzadə və Orxan İbrahimovun köməkliyi ilə satıb.

Baş İdarə, Abşeron rayon Polis İdarəsi və Saray Polis Bölməsinin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat nəticəsində isə ofislərdən birindən içərisində 10 min manat, 1 ədəd müvafiq sənədləri olan “Vinçestr” markalı ov tüfəngi olan seyfi oğurlayan Abşeron rayon sakinləri, əvvəllər məhkum olunmuş Ceyhun Əhmədov və Abbasqulu Namazov saxlanılıblar.

Qeyd edək ki, saxlanılan şəxslər seyfi Mehdiabad qəsəbəsində sındıraraq pulu aralarında bölüblər. Oğurlanan ov silahı isə Ceyhun Əhmədovun yaşadığı evdən aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət İşləri başlanılıb, istintaq tədbirləri davam etdirilir. 

Kombinatdan 80 ton ət oğurladılar

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2742
avatar

Mehman Nəbiyev

Oxşar yazılar