Ata azyaşlı qızını binadan atdı
09 oktyabr 2025 10:47 (UTC +04:00)

Ata azyaşlı qızını binadan atdı

1

Başqırdıstanın Ufa şəhərində bir kişi azyaşlı qızını 4-cü mərtəbədən atıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə şəhər meri Ratmir Mavliyev məlumat verib. Onun sözlərinə görə, 3 yaşlı qız uşağı möcüzə nəticəsində sağ qalıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

34 yaşlı kişi saxlanılıb.

Məlum olub ki, hadisə zamanı ata qızı ilə birlikdə evdə tək qalıb. Uşağın anası böyük oğlu ilə birlikdə sanatoriyada olub. Prokurorluq hadisənin bütün hallarını araşdırır.

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 752

Oxşar yazılar