Astaraya qonaq gedən əcnəbi kürəkən  öldü
26 may 2024 14:06 (UTC +04:00)

Astaraya qonaq gedən əcnəbi kürəkən öldü

Astaraya qonaq gedən Əfqanıstan vətəndaşı ölüb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Astara rayonun Pəlikeş kəndində baş verib.

Əfqanıstan vətəndaşı 68 yaşlı Mohammad Rasul Fahimi həmin kəndə qonaq gedib. Hələlik məlum olmayan səbəblərdən o, qonaq olduğu ünvanda ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün səbəbi məlum olacaq.

Məlumata görə, Mohammad Rasul Fahimi Pəlikeş kənddən olan xanımla evlənib və Bakı şəhərində yaşayırdı.

Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3861
avatar

Oxşar yazılar