Astarada 8 aylıq körpə yıxılaraq öldü
22 may 2024 02:24 (UTC +04:00)

Astarada 8 aylıq körpə yıxılaraq öldü

Astarada 8 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, gecə saatlarında Astara rayonun Pensər kənd sakini, 2023-cü il təvəllüdlü İ.H Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Nənəsinin sözlərinə görə 8 aylıq körpə evdə uşaq oyun meydançasından (manej) yıxılıb və xəsarət alıb.

Qohumları körpəni dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan bildirilib ki, 8 aylıq körpənin həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2982
avatar

Oxşar yazılar