4 hərbçini öldürən çavuş özünü ruhi xəstə kimi aparır
Vəkil: “Orxan Səfərova tibbi ekspertiza təyin olunmalıdır”
Noyabrın 9-da Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun 3 çavuş və 1 əsgərini qətlə yetirməkdə təqsirləndirilən kiçik çavuş Orxan Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Mürsəl Əliyevin sədrliyi ilə keçirilən prosesdə O.Səfərovun vəkili Fikrət Azadov vəsatətlə çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxsin əsəb sistemində problem olub: “Onun hərbi xidmət müddətində yuxusuzluqdan əziyyət çəkməsi, xidmət boyu bir neçə dəfə tibb məntəqəsində yatması əsəb xəstəliyindən əziyyət çəkdiyinin göstəricisidir. İbtidai istintaq zamanı şahidlərin və onun öz ifadəsində də ruhi xəstə olduğu bildirilir. Mustafa Sayfulovun hadisədən bir müddət əvvəl Orxanın üzərinə sidik ifraz eləməsi və bunu başqa əsgərlərin yanında deməsi onda əsəb sarsıntısı yaradıb. O, özünü təhqir olunmuş hesab edib. O, yalnız Mustafa Sayfulovu, sonra da özünü öldürmək istəyib”.
Vəkil təqsirləndirilənin hazırda heç nəyə reaksiya vermədiyini bildirib: “Ona Penitensiar Xidmətin Müalicə Müəssisəsində reaktiv-psixoz diaqnozu qoyulub. Ona görə də, ona tibbi ekspertiza təyin olunmalıdır”.
Dövlət ittihamçısı Müşfiq Məmmədov vəsatətə münasibət bildirərək ekspertizaya ehtiyacın olmadığını söyləyib: “O. Səfərov 1 il 5 ay xidmət edib və onda psixi əsəb pozğunluğu olmayıb”. M.Məmmədov O.Səfərovun törətdiyi cinayətin məsuliyyətini dərk etdiyindən özünü psixi xəstə kimi apardığını söyləyib. Dövlət ittihamçısı və zərərçəkənlər vəsatətin rədd olunmasını istəyiblər. Vəsatət təmin olunmayıb.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama əsasən, kiçik çavuş Orxan Səfərov 2009-cu il mayın 21-də taborun bütün göndərilmiş şəxsi heyəti ilə “Tabor tikinti təlimlərində” iştirak etmək üçün Seyfəli təlim mərkəzinə göndərilib. Mayın 23-də çadır düşərgəsində əsgər yoldaşları - Səbuhi Əliyev və Mustafa Sayfulovla birlikdə patrul xidmətində olub. Orada çavuşlar – M.Sayfulov, Taleh Hidayətov, Şəhriyar Həsənov, əsgər Ramin Ataşovu güllələyib. Onlar aldıqları yaradan keçiniblər.
Orxan baş leytenant Samir Mirzəyevə də atəş açıb və amma baş leytenant əyilərək atəşdən yayına bilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Orxan Səfərov elan edilmiş ittiham üzrə özünü təqsirli bilib.
Məhkəmə noyabrın 17-də davam etdiriləcək
Qeyd edək ki, O.Səfərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 29.120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29.120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd), 29.120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunur.
Fərid Əkbərov

721