“Lexus”la 18 qoyunu əzdi
29 oktyabr 2009 12:30 (UTC +04:00)

“Lexus”la 18 qoyunu əzdi

Akif Nuriyev maşını ilə birlikdə saxlanılıb


Oktyabrın 26-da Şüvəlan-Türkan yolunda naməlum avtomaşın Rəşad Maniyevə məxsus 18 baş qoyunu vurub və hadisə yerindən qaçıb.


Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Əzizbəyov Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən 1970-ci il təvəllüdlü Nuriyev Arif Akif oğlu idarə etdiyi “Lexus RX-330” markalı 90-CS-330 dövlət nömrə nişanlı maşını ilə birlikdə saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644

Oxşar yazılar