Xalq artisti AzTV-ni məhkəməyə verdi
O, televiziyadan mənəvi təzminat istəyir
Azərbaycanın Xalq artisti Eldar Axundov “Azərbaycan Televiziya və Radio Verilişləri” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.
Lent.az-ın məlumatına görə, AzTV-də müqavilə əsasında çalışan E.Axundov sonradan müqavilə müddətinin uzadılmaması səbəbindən oradan ayrılmaq məcburiyyətində qalıb.
O, Səbail rayon Məhkəməsinə müraciət edərək qarşı tərəfdən əmək haqqı və mənəvi ziyanın ödənilməsini tələb edib (tələb olunan məbləği dəqiqləşdirmək mümkün olmayıb). Lakin E.Axundovun iddiası təmin olunmayıb.
Xalq artisti daha sonra Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Hazırda işə ikinci instansiya məhkəməsində baxılır.
E.Axundov Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solistlərindən biridir. Ona Xalq artisti fəxri adı 2006-cı ildə “Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və Silahlı Qüvvələrdə uzunmüddətli məhsuldar işinə görə” verilib.
Pərvin ABBASOV

Oxşar yazılar

Mağazadan 14, evdən 10 minlik OĞURLUQ
9 iyul 2025 , 16:26
Yekaterinburqda saxlanılan azərbaycanlılara YENİ İTTİHAM
9 iyul 2025 , 15:27
Qanunsuz işləyən "Ford" aşdı, 24 nəfər yaralandı - YENİLƏNİB
9 iyul 2025 , 15:20
Rüşvət alan yüksək rütbəli polislərə HÖKM OXUNDU
9 iyul 2025 , 15:13
Şəki-Oğuz yolunda QƏZA: yaralılar var
9 iyul 2025 , 15:00
Abşeronda kişini şəkilləri ilə şantaj etdilər
9 iyul 2025 , 14:44
Sumqayıtda gənc oğlan 63 yaşlı qadını döyüb pullarını aldı
9 iyul 2025 , 14:32