“Fərda Qədirov deyirdi ki, atası həyatını puç edib”
02 may 2009 10:00 (UTC +04:00)

“Fərda Qədirov deyirdi ki, atası həyatını puç edib”

Bakıda evini Fərda Qədirova kirayə vermiş şəxs danışdı

Azərbaycan Dövlət Neft Akademiyasına (ADNA) silahlı basqın etmiş Fərda Qədirovun kirayənişin qaldığı Çobanzadə keçəsi 65, mənzil 35 ünvanında yerləşən evin sahibi Arif Zahid oğlu Qabulov hazırda Gürcüstan Respublikasının Marneuli şəhərindədir.

APA-nın Gürcüstan bürosunun əməkdaşı Marneulidə Arif Qabulovla görüşüb. A. Qabulov 1979-cu il aprelin 1-də Marneuli şəhərində anadan olub. Bakıdakı evində - Çobanzadə keçəsi 65, mənzil 35 ünvanında qeydiyyatdadır. Hazırda Marneuli şəhərində yaşayan A. Qabulov bir ay əvvəl qəzaya düşüb, ayağı, qolu gipsdədir. O, APA-ya açıqlamasında Fərda ilə yalnız bir dəfə - evi kirayəyə verən gün, təxminən 2 ay əvvəl görüşdüyünü deyib: “Sakit, fağır oğlan idi. Bizə gələndə ona yemək verdik. Yeməyi də utana-utana yedi”. A. Qabulov evi Fərdaya qardaşı Arizin kirayəyə verdiyini bildirib.

Görüşdə iştirak edən Ariz Qabulov isə APA-ya açıqlamasında F. Qədirov haqqında ətraflı bilgi verib: “Bu məsələdə Ariflik bir şey yoxdur. Biz Fərda ilə eyni kənddən deyilik, əvvəldən də bir-birimizi tanımamışıq. O, Daştəpəlidir, biz isə Mareulinin özündə yaşayırıq. Marneulidə poçtun yanında Bakıya gedən avtobuslara sərnişin yığırıq. Bir dəfə Fərda bizə yaxınlaşdı. Əynində qara kostyum vardı. Mənimlə söhbət etdi, Bakıda ev kirayələmək istədiyini bildirdi. Dedim ki, qardaşımın Bakıda evi var, sizə kirayə verə bilərəm. Dedi, gedək baxaq, sövdələşək. Onda qardaşım Bakıda idi. Şəxsiyyət vəsiqəsi ilə bağlı getmişdi. Bakıya gedib evə baxdıq. 1 ayın pulunu - 300 dolları əvvəlcədən aldım. Bir ay sonra yenə Bakıya getdim. Mənə demişdi ki, Neft Şirkətində işə düzələcək. Bakıya gedəndə bu barədə soruşdum. Dedi ki, Gürcüstanda qeydiyyatda olduğu üçün işə götürmədilər. Sonra Əhmədlidə yerləşən marketə işə düzəlmək istədiyini söylədi. Deyirdi ki, orda marketdə Daştəpəli oğlan işləyir. Ona marketdə işləməyə görə 400 manat maaş söz veriblər. Bu dəfə də ondan kirayə pulu aldım. Evi kirayəyə verəndən sonra 5 dəfə Bakıda olmuşam. Onunla görüşəndə çox sakit adam təsiri bağışlayırdı. Soruşdum ki, 29 yaşın var, niyə evlənmirsən? Dedi ki, xalası qızını sevir. Bir dəfə də Bakıya gedəndə maşın xarab olmuşdu, iki gecə qardaşımın evində Fərda ilə gecələdim. O mənə deyirdi ki, atası həyatını puç eləyib, xalası pis adamdı. Atası xalasının dediyi ilə oturub-durur. Onu da demişdi ki, ata-anası ilə qurtarıb, çünki istədiyi qızı ona almırlar. Fərda onu da deyirdi ki, atası ona Bakıda, Əzizbəyov rayonunda torpaq sahəsi alıb”.

Ariz Qabulov baş vermiş hadisə ilə əlaqədar saxlanmış Nadir Əliyevlə Fərda Qədirovun münasibətlərinə dair məlumatı olmadığını da deyib: “Mən Fərdanı evdə həmişə tək görmüşəm. Nadir adlı adamla tanışlığı barədə isə eşitməmişəm”.

Ariz Qabulov hadisə ilə əlaqədar Bakıya prokurorluğa çağırıldığını, bu gün Azərbaycana yola düşəcəyini də açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1572

Oxşar yazılar

Bakı metrosunda usta öldü

Bakı metrosunda usta öldü

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10