ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, yenidən dövlət başçısı vəzifəsinə seçilərsə, ABŞ-ın hazırkı lideri Co Baydenin bütün mümkün cinayətləri ilə bağlı dərhal araşdırmalara başlayacaq.
Lent.az xəbər verir ki, sabiq prezident bunu Cənubi Karolinada Respublikaçılar Partiyasının tərəfdarları üçün keçirilən tədbirdə deyib.
“Prezident kimi ilk iş günümdə mən xüsusi prokurora Bayden ailəsinin cinayətlərini, o cümlədən Çindən və bir çox digər ölkələrdən rüşvət almaqla bağlı çoxsaylı iddiaları araşdırmaq üçün göstəriş verəcəyəm” - Tramp bildirib.