Yeni il gecəsi 700-ə yaxın  avtomobil yandırıldı
01 yanvar 2023 21:02 (UTC +04:00)

Yeni il gecəsi 700-ə yaxın avtomobil yandırıldı

0

Fransada Yeni il gecəsində iğtişaşlar zamanı polis 490 nəfəri saxlayıb.

Lent.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri “Twitter” hesabında paylaşım edib.

İğtişaşlar zamanı 690 avtomobil yandırılıb.

“2022-ci il ən az avtomobilin yandırıldığı, ən çox insanın həbs olunduğu il kimi yadda qaldı”, - deyə paylaşımda qeyd olunub.

Bayram gecəsində küçələrində 90 min polis və jandarm xidmət aparıb.

Ötən Yeni il gecəsi Fransa küçələrində 441 nəfər saxlanılıb, 874 avtomobil yandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1968

Oxşar yazılar