Yağış 347 iranlını xəstəxanalıq etdi
12 noyabr 2022 21:01 (UTC +04:00)

Yağış 347 iranlını xəstəxanalıq etdi

İranda yağışdan sonra yaranan sağlamlıq problemlərinə görə 347 nəfər xəstəxanaya müraciət edib

Lent.az-ın APA-ya istinadla məlumatına görə, bunu Əhvaz Tibb Elmləri Universitetinin vitse-prezidenti Həbib Heybər deyib.

O bildirib ki, son 2 gündə payız yağışı nəticəsində yaranan tənəffüs problemləri ilə əlaqədar Xuzistan əyalətində 347 nəfər tibb mərkəzlərinə müraciət edib. Pasientlərdən 5 nəfərin vəziyyəti ağırdır.
Heybər tövsiyə edib ki, payız yağışları zamanı yağış kəsildikdən sonra ən azı 1 gün açıq havada idmanla məşğul olmaqdan çəkinməli, xəstəlik riski yüksək olan insanlar evdən çıxmaq zərurəti yarandıqda uyğun maskadan istifadə etməlidir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1983
avatar

Oxşar yazılar