Gəncədə yeniyetmə yıxılaraq xəsarət alıb.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində baş verib.
15 yaşlı Z. Məmmədli küçədə yıxılıb. Nəticədə dəmir parçası onun bud nahiyəsini deşib. Yaralı xəstəxanaya yerləşdirilib.
Dərhal ona yardım edilib vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.