Lənkəranda ŞİDDƏT:  ögey ata 3 yaşlı uşağa işgəncə   verdi - FOTO
25 sentyabr 2026 11:00 (UTC +04:00)

Lənkəranda ŞİDDƏT: ögey ata 3 yaşlı uşağa işgəncə verdi - FOTO

0

Lənkəranda azyaşlı uşaq atalığı tərəfindən döyülüb.

Lent.az-ın verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında şəhər ərazisində qeydə alınıb.

3 yaşlı Ə.E müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Uşağa ilkin tibbi xidmətlər göstərilib, vəziyyəti ağır qiymətləndirilir. Valideynlər, ilkin məlumatda uşaqlarının digər uşaqlarla oynayərkən xəsarət aldığını iddi ediblər.

Araşdırmalarla məlum olub 3 yaşlı uşaq atalığı tərəfindən döyülüb. Artıq aidiyyəti qurumlar hərəkətə keçib. Uşağın səhhəti və təhlükəsizliyi nəzarətə götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, hazırda qeyd edilən faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Müvafiq ekspertiza təyin edilib, araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 576

Oxşar yazılar