Botoks etdirən 3 qadın xəstəxanaya düşdü
24 sentyabr 2026 21:55 (UTC +04:00)

Botoks etdirən 3 qadın xəstəxanaya düşdü

0

Türkiyənin Mersin vilayətində gözəllik salonunda botoks etdirən, ikisi bacı olmaqla 3 qadında bir müddət sonra müxtəlif sağlamlıq problemləri yaranıb.

Lent.az xəbər verir ki, onlarda nəfəs darlığı, danışma və udma çətinliyi, görmə pozğunluğu və ikili görmə kimi şikayətlər müşahidə olunub.

42 yaşlı Cemile Ateş bildirib ki, botoks prosedurundan təxminən 15 gün sonra sağ göz qapağında sallanma, həmçinin nəfəsalma, danışma və udma çətinliyi yaranıb. Onun bacısında isə görmə pozğunluğu və ikili görmə meydana gəlib.

Qadınlar xəstəxanaya aparılaraq müalicəyə cəlb olunublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 174

Oxşar yazılar