2025-ci ildə dünyada nə qədər insanabənzər robot satılıb? - Statistika
25 sentyabr 2026 02:53 (UTC +04:00)

2025-ci ildə dünyada nə qədər insanabənzər robot satılıb? - Statistika

0

 

Beynəlxalq Robototexnika Federasiyasının məlumatına görə, 2025-ci ildə dünyada sənaye və peşəkar xidmətlər üçün təxminən 7 min insanabənzər robot satılıb.

Lent.az xəbər verir ki, satılan robotların əksəriyyəti birbaşa istehsalda işləməkdən çox, süni intellekt modellərinin təlimi üçün məlumat toplamaq məqsədilə istifadə olunur.

Xüsusilə avtomobil istehsalçıları fabriklərində humanoid robotlarla məhdud sayda pilot layihələr həyata keçirirlər.

Bununla yanaşı, humanoid robot bazarında yaxın illərdə ciddi artım gözlənilir.

“Bank of America Global Research” bu il 90 min robotun tədarük ediləcəyini, 2030-cu ilədək isə bu göstəricinin 1,2 milyona çatacağını proqnozlaşdırır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar