Təlim zamanı Xəzərdə batan hərbçilərin sayı 14 oldu, bayraqlar endirildi - YENİLƏNİB
25 sentyabr 2026 10:46 (UTC +04:00)

Təlim zamanı Xəzərdə batan hərbçilərin sayı 14 oldu, bayraqlar endirildi - YENİLƏNİB

1

Qazaxıstanın Manqistau vilayətində təlimlər zamanı həlak olan hərbçilərin sayı 14-ə çatıb.

Lent.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Xəzər dənizində axtarış işləri başa çatıb, itkin düşmüş iki hərbçinin meyitləri aşkar edilib.

Eyni zamanda, ümummilli matəmlə əlaqədar Qazaxıstanın dövlət qurumlarının binalarında bayraqlar endirilib, əyləncə tədbirləri təxirə salınıb və ya ləğv edilib.

***
24 sentyabr, saat: 13:16

Qazaxıstanın Manqistau vilayətində hərbi təlimlər zamanı güclü dalğa 19 hərbçini dənizə sürükləyib, onlardan 9-u ölüb.

Lent.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə sentyabrın 24-də Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizinin sahilində keçirdiyi təlim zamanı təlim-döyüş tapşırığının icrası zamanı qeydə alınıb.

Məlumata görə, hadisə hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində baş verib.

İlkin məlumata əsasən, 19 hərbçidən 9-u ölüb, daha 3 hərbçi xilas edilib. Digər hərbçilərin axtarışı davam etdirilir.

Hadisə yerinə dərhal xilasetmə xidmətlərinin qüvvə və vasitələri cəlb olunub. Axtarış-xilasetmə əməliyyatında Hərbi Dəniz Qüvvələrinin bölmələri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, aviasiya və digər müvafiq xidmətlər iştirak edir.

Hadisənin bütün hallarının müəyyənləşdirilməsi və axtarış-xilasetmə işlərinin əlaqələndirilməsi məqsədilə Qazaxıstan Müdafiə Nazirliyinin komissiyası hadisə yerinə göndərilib. Komissiyaya müdafiə naziri, aviasiya general-leytenantı Daulet Kosanov rəhbərlik edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1680

Oxşar yazılar