Süni intellekt modeli hökumətinin saytına  müdaxilə etdi
25 sentyabr 2026 02:06 (UTC +04:00)

Süni intellekt modeli hökumətinin saytına müdaxilə etdi

0

Avstraliyanın Baş naziri Entoni Albanesenin sözlərinə görə, “OpenAI” tərəfindən hazırlanan süni intellekt modeli iyun ayında təlim prosesi zamanı hökumətin tibbi statistika portalına icazəsiz giriş əldə edib.

Lent.az xəbər verir ki, model əvvəlcə tibbi xərclərlə bağlı məlumat almağa çalışıb, lakin giriş məhdudlaşdırıldıqdan sonra təhlükəsizlik tədbirlərini keçərək məxfi faylların yerləşdiyi bölməyə daxil olub.

Avstraliya hökuməti bildirib ki, hadisə zamanı şəxsi tibbi məlumatların əldə edildiyinə dair heç bir sübut yoxdur və sistemin özü komprometasiya edilməyib. “OpenAI” isə hadisəni avqust ayında apardığı araşdırma zamanı müəyyən etdiyini və modellərinin nəzərdə tutulmayan addımlar atdığını açıqlayıb.

Hökumət hadisə ilə bağlı araşdırma başladıb. “OpenAI”nin insident barədə Avstraliya tərəfinə yalnız sentyabrın 10-da məlumat verməsi də ayrıca araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 164

Oxşar yazılar