Ronaldo Portuqaliya milli komandasından  nə vaxt ayrılacağını  AÇIQLADI
24 sentyabr 2026 18:06 (UTC +04:00)

Ronaldo Portuqaliya milli komandasından nə vaxt ayrılacağını AÇIQLADI

0

Beşqat "Qızıl top" mükafatçısı Kriştiano Ronaldo komandaya töhfə vermədikdə Portuqaliya milli futbol komandasından gedəcəyini açıqlayıb.

Ronaldo Millətlər Liqası oyunları üçün Portuqaliya milli komandasına çağırılıb. Hücumçu ən son olaraq Portuqaliyanın dörddəbir finala yüksəldiyi ABŞ, Kanada və Meksikada keçirilən Dünya çempionatında milli komandanı təmsil edib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, İspaniyaya 1-0 hesablı məğlubiyyətdən və turnirdən kənarlaşdırıldıqdan sonra Ronaldo Dünya çempionatını sonuncu olduğunu elan edib, lakin milli komandada oynamağa davam edəcəyini istisna etməyib.

"Əgər məşqçi və ya prezident artıq mənə güvənmirsə, bu gün gedə bilərəm. Artıq faydalı olmadığımı, pis atmosfer yaratdığımı düşündükləri gün çantalarımı yığıb gedəcəyəm; heç bir problem olmayacaq. Federasiyanı və komandanı yeni bir şəkildə dəstəkləməyə davam edəcəyəm. Milli komandaya kömək etmək üçün buradayam. Məşqçi, prezident və portuqaliyalılar mənə güvənirlər, ona görə də davam edirəm", - Ronaldo vurğulayıb.

Ronaldo həmçinin 2028-ci il Avropa Çempionatında oynamağı planlaşdırıb-planlaşdırmadığı ilə bağlı suala da cavab verib.

"Mən yalnız indiki vaxt haqqında düşünürəm. Bilirəm ki, bir çox insan mənim indi getməyimi istəyir, amma məni izləməyə davam etmək istəyən insanlar məni motivasiya edir", - futbolçu bildirib.

41 yaşlı Ronaldo 2016-cı il Avropa çempionudur və ən çox beynəlxalq oyun (233) və qol (146) rekorduna sahibdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar