Şəmkirdə piyada ölümü ilə nəticələnən qəzanın təfərrüatları bəlli olub.
Lent.az-ın xəbərinə görə, Vəliyev Vidadi Rəhim oğlu "VAZ-2107" markalı avtomobillə piyada Qasımova Almaz Ədil qızını vurub.
Xəstəxanaya yerləşdirilən qadın orada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb.
***
23 sentyabr, saat: 21:01
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkir şəhərinin mərkəzində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil yolu keçən orta yaşlı qadını vurub.
Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.