Müdafiə Nazirliyinin keçmiş vəzifəli şəxsinin məhkəməsində şahid nə dedi?
24 sentyabr 2026 18:21 (UTC +04:00)

Müdafiə Nazirliyinin keçmiş vəzifəli şəxsinin məhkəməsində şahid nə dedi?

0

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Mənzil təminatı ilə bağlı rüşvət almaqda təqsirləndirilən Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin Salyan rayon Mənzil-İstismar Hissəsində bölmə rəisi vəzifəsində çalışmış, qurumun rəisi vəzifəsini müvəqqəti icra etmiş Əvəz Rüstəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadəsi ilə davam edib.

Şahid M.G. hərbiçi olduğunu, təqsirləndirilən şəxsi idarədən tanıdığını qeyd edib: "Əvəz müəllim sənəd işlərinə baxırdı. Onu düzgün bir adam kimi tanımışam. Mən o mənzildə anamla birlikdə yaşamışıq. Lakin evlənib ailə qurduqdan sonra tikdirdiyimiz evdə yaşamağa başladım. Anam bu gün də o mənzildə yaşayır. Anamın Əvəz müəllimə pul verdiyini görməmişəm".

Növbəti proses oktyabrın 15-i saat 12:15-ə təyin olunub.

Xatırladaq ki, ibtidai istintaq zamanı Əvəz Rüstəmovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşların xidməti mənzillə təmin olunması, kirayə müqavilələrinin rəsmiləşdirilməsi və qeydiyyat məsələlərinin həlli müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət aldığı müəyyən edilib. O, həmçinin vəzifə saxtakarlığı törətməkdə və işə düzəltmə ilə bağlı qərarlara qanunsuz təsir göstərərək nüfuz alveri etməkdə şübhəli bilinir.

Toplanmış sübutlar əsasında Əvəz Rüstəmova Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (nüfuz alveri) və digər maddələri ilə ittiham elan olunub. Onun barəsində yaşı və səhhəti nəzərə alınaraq məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar