Qəfil milyonçu  oldular, amma xoşbəxtlik  gəlmədi - Varlanmağın gizli sindromu
24 sentyabr 2026 17:39 (UTC +04:00)

Qəfil milyonçu oldular, amma xoşbəxtlik gəlmədi - Varlanmağın gizli sindromu

0

Süni intellekt sahəsində maaşların kəskin artması fonunda qısa müddətdə böyük sərvət qazanan şəxslər qəfil varlanma sindromu adlandırılan psixoloji vəziyyətlə üzləşirlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, biznesini satdıqdan sonra gözlənilmədən varlanan sahibkarlara yeni həyat şəraitinə uyğunlaşmaqda kömək edən xüsusi məsləhətçilər sektoru da formalaşıb.

Belə şəxslərdən biri proqram təminatı üzrə startapın təsisçisi Anastasiya Korolyovadır. O, şirkətini doqquzrəqəmli məbləğə sataraq pulu birdəfəlik əldə edib. Lakin gözlədiyi rahat həyat əvəzinə illərlə davam edən narahatlıq və ağır boşanma prosesi ilə üzləşib.

Oxşar hadisələr digər sahibkarların həyatında da müşahidə olunub. Britaniyalı iş adamı Endryu Halbert “Pareto Facilities Management” şirkətini on milyonlarla funt sterlinqə satdıqdan sonra qəfil varlanmağın ona sevincdən çox günahkarlıq hissi və narahatlıq gətirdiyini bildirib. O, sövdələşmədən dərhal sonra aldığı idman avtomobilini də sonradan zərərlə satıb.

Məlumata görə, SpaceX, OpenAI və Anthropic şirkətlərinin gözlənilən ilkin kütləvi səhm təklifləri – IPO-ları nəticəsində texnologiya sektorunda çalışan təxminən 12 min əməkdaş multimilyonçuya çevrilə bilər.

Mütəxəssislər bildirirlər ki, sərvətin çox qısa müddətdə kəskin artması insanın həyat tərzinə, münasibətlərinə və psixoloji vəziyyətinə ciddi təsir göstərə, narahatlıq, günahkarlıq hissi və sosial təcrid kimi problemlərə səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar