Cəlilabadda qadın yanıq xəsarətləri alıb.
Lent.az-ın xəbərinə görə, hadisə Uzuntəpə kəndində baş verib.
Kənd sakini 44 yaşlı A. Şıxəliyeva yaşadığı evdə yemək bişirərkən maye qazdan yanıq xəsarətləri alıb.
Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti qənaətbəxşdir.
Araşdırma aparılır.