Nə soda,  nə də sirkə  deyil: 20 dəqiqəyə tıxanmanı  təmizləmək üçün lavaboya nə tökmək  lazımdır
24 sentyabr 2026 16:41 (UTC +04:00)

soda, nə də sirkə deyil: 20 dəqiqəyə tıxanmanı təmizləmək üçün lavaboya nə tökmək lazımdır

0

Mətbəx lavaboya su əvvəlkindən daha yavaş gedirsə, səbəb boruda yağ, yemək qalıqları və digər çirklərin yığılması ola bilər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, belə yüngül tutulmaları aradan qaldırmaq üçün adi duz və isti sudan istifadə etmək mümkündür.\

Lavabonu necə açmaq olar?

Bunun üçün lavabonun su gedən hissəsinə təxminən bir stəkan xörək duzu tökmək lazımdır. Daha sonra üzərinə yavaş-yavaş isti su əlavə edilir. Su qaynar olmamalıdır. Xüsusilə plastik borularda çox qaynar su bəzi hissələrə zərər verə bilər. Duz və isti suyu tökdükdən sonra təxminən 20 dəqiqə gözləmək lazımdır. Daha sonra lavabonu axarına bol ilıq su tökülür. Bu üsul əsasən yüngül tutulmalar zamanı və boruların tutulmasının qarşısını almaq üçün istifadə oluna bilər.

Lavaboya yağ tökmək olmaz

Mətbəx borularının tutulmasının ən çox rast gəlinən səbəblərindən biri yağdır. İsti yağ lavaboya töküldükdə borunun içində soyuyur və divarlara yapışır. Zaman keçdikcə yemək qalıqları da həmin yağa yapışır və boru getdikcə daha çox tutulur. Əgər lavaboda su demək olar ki, heç getmirsə və duzla isti su kömək etmirsə, vantuzdan istifadə etmək, sifonu təmizləmək və ya santexnik çağırmaq daha düzgün olar. Ev üsulları daha çox yüngül və orta səviyyəli tutulmalarda faydalı ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar