Yunanıstan parlamentindəki «Qızıl şəfəq» Partiyasının 4 deputatı Afinada mühakimə olunur.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, məhkəmə onları cinayətkar qruplaşmalarla əməkdaşlıqda ittiham edilir.
Məhkəmə iclasında prokuror bildirib ki, həmin deputatlar faşist atributlarının evlərdə qoruyub, saxlayır və hərbi hazırlıq keçirirlər.
Prtiyanın lideri Nikolaos Mixaloliakosla yanaşı, onun daha 16 partiyadaşı həbs edilərək, mühakimə olunur.
Ölkənin baş naziri Antonis Samaras bu yaxınlarda bildirib ki, demokratik dünyada «neonasistlərə yer yoxdur».