İsveç şahzadəsi Madlen marşrut nəqliyyatının zolağı ilə avtomobili sürdüyü üçün min İsveç kronu (150 dollar) məbləğində cərimə olunub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, polis paytaxt Stokholmda kral sarayının yaxınlığında 30 yaşlı xanımı dayandırıb.
Şahzadənin ailəsi olayı şərhdən imtina edib.
Polsinin sözlərinə əsasən, o, kral ailəsinin imunitetindən yararlanmağa səy göstərib, ancaq bu hüquq onun atası kral Karl Qustava məxsusdur.
«Pravda.ru»-nun məlumatına əsasən, iyunun 8-də Madlenin britaniyalı bangir Kris O`Nillə toyudur.